Nazirlik meşəbəyinin əməkdaşları tərəfindən döyülməsinə reaksiya verdi

Cəmiyyət


Quba sakini, meşəbəyi Şahin Qafarovun Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba rayonu üzrə əməkdaşları – Taleh Abdullayev və Azad Heydərov tərəfindən döyüldüyü iddia edilib. 

İddiaya görə, Ş.Qafarov meşələrin qırılmasına qarşı çıxdığı üçün döyülüb.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi açıqlama yayıb. 

Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov Oxu.Az-a bildirib ki, Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin (RMTM) ərazisində çəkilmiş və sosial şəbəkələrdə yayılmış görüntülər təhlil olunaraq araşdırılıb.

“Şikayətçi Şahin Qafarovun ağac kəsilməsi ilə bağlı iddiaları yerində yoxlanılıb və sözügedən ərazinin ötən ildə odun tədarükü üçün ayrılmış sanitar qırma sahəsi olduğu müəyyən edilib.

Düzdür, meşələrdə qanunsuz ağac kəsilməsi hallarına rast gəlinir və tərəfimizdən qanunamüvafiq tədbirlər görülür. 

Lakin sözügedən sahədə belə fakt qeydə alınmayıb. Araşdırmalar göstərir ki, məsələnin diqqətçəkən digər tərəfi isə şikayətçi Ş.Qafarovla Quba RMTM-də fəhlə işləyən qardaşı oğlu Orxan Qafarov arasında olan ailə münaqişəsidir və meşə işçilərinə qarşı olan ittihamları da bununla əlaqəlidir”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir