“Şuşa şəhəri işğal dövründə 30 il ərzində dağıntılara, vandalizmə məruz qalmışdı. İşğaldan azad edildikdən sonra Şuşada prezidentin tapşırığı ilə bərpa-quruculuq işləri aparılır”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşa şəhərində keçirilən TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimində deyib.
“Şuşada 10-a yaxın abidə bərpa edilib. Yaxın günlərdə digər abidələrin də bərpa işləri başa çatacaq. Hazırda işlər davam edir”, – deyə o vurğulayıb.
www.102info.az