Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllıda keçmiş arvadını oğurlamaqda təqsirləndirilən Namiq Yusifovun (ad şərtidir – red.) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə N.Yusifov dörd il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 1992-ci il təvəllüdlü Namiq Yusifov keçmiş həyat yoldaşı Nailə Əsədovanı (ad şərtidir – red.) Abşeron rayonunda tanışının avtomobili ilə zorla qaçıraraq yaşadığı İsmayıllı rayonuna gətirib. O, yolda gələrkən əyləşdiyi maşının qabaq oturacağından çevrilərək arxa oturacaqdakı sabiq həyat yoldaşının sifət nahiyəsindən yumruqla qəsdən üç-dörd dəfə vurub. Bir neçə gündən sonra Namiq qadını geriyə qaytararaq onun Ağsu rayonu ərazisindəki qohumlarına təhvil verib.
Namiqlə Nailə 2016-cı ildə ailə qurub, 2019-cu ildə isə ayrılıblar.
www.102info.az