Bakını bir-birinə qatan tələbə həkim nəzarətindədir – VİDEO

Cəmiyyət


Bakıda yolun əks istiqamətində maşını sürən şəxs Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi olub.

Oxu.Az-ın məlumatına görə, 20 yaşlı Rauf Cabbarlı universitetin Kimya Mühəndisliyi fakültəsində təhsil alır. 

O, ötən gün polislər tərəfindən saxlanıldıqdan sonra Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə təhvil verilib.

Daha sonra tələbənin psixoloji problemlərinin olması müəyyən edilib və həkim nəzarətində saxlanılır.

Qeyd edək ki, ötən gün Nərimanov rayonu ərazisində, Heydər Əliyev Mərkəzinin yaxınlığında yolun əks istiqamətində gedən “Volkswagen Touareg” markalı avtomobil qarşısında DYP avtomobilini görüncə geriyə doğru hərəkət etməyə başlayıb.

Yol polisinin qanunu dayanma tələbinə əməl etməyən avtomobilin sürücüsü sürətli şəkildə geriyə hərəkət edərək digər yola çıxıb və başqa hərəkət iştirakçılarına təhlükə yaradıb. Hadisə zamanı bir neçə avtomobilə maddi ziyan dəyib.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir