Bakıda qadın həbsxanaya narkotik gətirdi

Cəmiyyət


Bakıda həbsxanaya narkotik gətirən qadın həbs edilib.

Bu barədə Penitensiar Xidmət məlumat yayıb.

Bildirilib ki, hadisə Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Ora görüşə gələn 43 yaşlı Sevinc Musayevadan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love