“Xocavənd əməliyyatı” ilə adlarını şanlı tariximizə qızıl hərflərlə yazan 8 qəhrəman.
1997-ci ilin aprelin 7-də Xüsusi Təyinatlı Kəşfiyyatçı qrupumuz mühasirəyə düşür və onlar düşmənin əlinə keçməmək üçün özlərini partladıblar.
3 gün 3 gecə son patronları bitənə qədər savaşan qəhrəmanlarımızdan sağ qalan təkcə Aqil Əhmədov olur. O, 23 ay əsirlikdə qalır.
Qrupun komandiri ehtiyatda olan polkovnik Xətai Baxışovun sözlərinə görə, düşmən də şəhidlərimizin qəhrəmanlığını danmamışdı:
“Ermənilər onları qəhrəmancasına dəfn etmişdilər. Onların məzarları üzərində öz əsgərlərinə nümunə olaraq andiçmə mərasimləri keçirirdilər”.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
www.102info.az