Saatlıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib.
İlkin məlumata görə, qəza nəticəsində ölən olmayıb.
Hadisə ilə bağlı Oxu.Az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru Toğrul Nəsirli bildirib ki, hadisə bu gün saat 10:55-də Hacıqabul-Horadiz yolunun Saatlı rayonu ərazisindən keçən 65,5-ci kilometrliyində qeydə alınıb:
“Belə ki, “Oka” markalı nəqliyyat vasitəsinin sürücüsü 1967-ci il təvəllüdlü Əzizalıyev Nizami Hacıbaba oğlu idarəetməni itirib və yol kənarındakı dəmir maneəyə çırpılıb. Hadisə nəticəsində ölən olmayıb. Sürücü yüngül bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır”.
Könül Cəfərli
www.102info.az