Göygöldə lüks avtomobillərə od vuran şəxsin kimliyi məlum olub.
Bununla bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
O bildirib ki, Göygöl Rayon Polis Şöbəsinə şəhərin A.Hacıyev küçəsində BMW və “Porsche” markalı minik avtomobillərinin yanması ilə bağlı məlumat daxil olub:
“Dərhal Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə gəliblər. YMX əməkdaşları tərəfindən yanğın qısa zamanda söndürülüb, xəsarət alan olmayıb. Polis əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən rayon sakini Fərid Hacıyev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir”.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, F.Hacıyev Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Hacıyevin oğludur.
F.Hacıyev əvvəllər də narkotik və digər cinayətlərə görə həbs olunub.
Samir İsayev
www.102info.az