“Mənim xəbərim olmadan hərbi xidmətə könüllü yazılmışdı”.
Bu sözləri ötən gün Ermənistan tərəfinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vidadi Zalovun atası Nizami Zalov deyib.
O bildirib ki, Vidadi Zalov dörd ilə yaxın Xüsusi Təyinatlı Qüvvələrdə qulluq edib.
“Vidadi ali təhsilli idi. Bizdən də çox vətənini sevirdi. O, həmişə vətəninə xidmət etmək istədiyini deyirdi”, – deyə o qeyd edib.
Daha ətraflı Xəzər TV-nin süjetində:
www.102info.az