Mingəçevir şəhərində qadını maşın vurub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bu gün səhər saat 08 radələrində Mingəçevir şəhəri ərazisində Murad Yusifov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 1969-cu il təvəllüdlü Mətanət Əzizovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, M.Əzizova Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında tibb bacısı işləyib. Hadisə baş verən zaman o işə gedirmiş.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət
www.102info.az