Şəhid adlarının əbədiləşdirilməsi məqsədi ilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adları verilib.
Bu barədə “Report”un Qərb bürosu xəbər verir.
Məlumata görə, həmin küçələrə Vətən müharibəsi və ötən il sentyabrın 12-də düşmən təxribatının qarşısını alarkən canından keçən aşağıdakı 13 şəhidin adı verilib:
Şəhid baş leytenant Yunis Qasım oğlu Kazımov, şəhid leytenant Murad Mayıl oğlu Nağıyev, şəhid tibb xidməti leytenantı Adil Qədir oğlu Əfəndiyev, şəhid leytenant Mayis Rəhim oğlu Yaqubov, şəhid baş gizir Azər Mustafa oğlu Məmmədov, şəhid gizir Azad Zakir oğlu Kərimov, şəhid gizir Amid Müqabil oğlu Məmmədov, şəhid gizir Tahir Niyazi oğlu İsmayılov, şəhid çavuş Pərvin Pərviz oğlu İsgəndərov, şəhid kiçik çavuş Əhməd Nazim oğlu Məmmədov, şəhid çavuş Elməddin Yusif oğlu Nəsibov, şəhid əsgər Elfak Eltun oğlu Daşdəmirov, şəhid əsgər Elmar Elvar oğlu Omarov.
Tapşırığa əsasən, yeni adlandırılmış küçələrdə qısa müddət ərzində ünvan lövhələri yerləşdiriləcək.
Qeyd edək ki, bundan əvvəl isə şəhid mayor Namiq Əhmədovun, şəhid kapitan İmamverdi İsmayılovun, şəhid baş leytenant Nəbi Hüseynovun, şəhid gizir Anar Nağıyevin, şəhid baş çavuş İsmayıl Qəsəbovun, şəhid kapitan Rövşən Pənahovun, şəhid baş leytenant Xaliddin Nəsibovun, şəhid leytenant Qismət Həməşəyevin, şəhid gizir Səbuhi Məmmədovun, şəhid gizir İlkin Şükürovun, şəhid kiçik gizir Röyal Mədətovun və şəhid əsgər Sakit Allahverdiyevin adı şəhərdəki 12 adsız küçəyə verilib.
www.102info.az