Hamiləlik zamanı keçirilən müəyyən xəstəliklər uşaqlarda anemiya problemlərinə səbəb ola bilər

Cəmiyyət


“Hamiləlik dövründə keçirilən müəyyən xəstəliklər, qəbul edilmiş müəyyən dərmanlar uşaqlarda anemiya problemlərinə səbəb ola bilər”.

Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin “Instagram” səhifəsindəki canlı yayımda nazirliyin mütəxəssis eksperti, pediatr Tərlan Əyyubov deyib.

Onun sözlərinə görə, dəmirlə zəngin qidalara üstünlük vermək lazımdır:

“Uşaq altı ayından sonra hələ də ana südü ilə qidalanırsa və ya verilən əlavə qidaların içərisində dəmirin miqdarı azdırsa, dəmir defisitli anemiyalar ortaya çıxacaq. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, beş yaşına qədər uşaqların 45 faizində dəmir defisiti ilə əlaqədar anemiyalara rast gəlinir.

“Dəmir çatışmazlığı böyük problemlərə gətirib çıxara bilər. Qanın ümumi analizini verməklə hemoqlobin və eritrositlərin miqdarına uyğun olaraq qanazlığını müəyyən etmək olar”.

Nəzrin Vahid

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir