Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayonun Qədili kənd sakini Şərif Ərəbov saxlanılaraq polis şöbəsinə gətirilib.
Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb. Şübhəli şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq məhkəməyə göndərilib. Samux Rayon Məhkəməsinin qərarı ilə Şərif Ərəbov barəsində həbs-qətimkan tədbiri seçilib.
Bundan əlavə araşdırmalar zamanı saxlanılan şəxsin sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşması da məlum olub.
www.102info.az