Naxçıvan şəhəri, Əliabad qəsəbəsi ərazisində vətəndaşa məxsus fərdi yaşayış evinin zirzəmisinə yağış yağması nəticəsində su dolub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunublar.
Görülmüş tədbirlər nəticəsində subasmaya məruz qalmış evin zirzəmisindən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.
www.102info.az