Ötən sutka ərzində 28 yanğına, o cümlədən 2 avtomobil yanğınına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və bir avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər, o cümlədən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində baş vermiş qəza nəticəsində “Mercedes-Benz Atego” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalmış bir nəfər xilas edilib.
www.102info.az