Aprelin 13-də ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə arabir yağış yağıb, Naxçıvan MR-da leysan xarakterli intensiv olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağan yağıntının miqdarı Naxçıvanda 29 mm (aylıq normanın 75%-i), Ordubadda 23 mm (aylıq normanın 57%-i), Şahbuzda 18 mm (aylıq normanın 30%-i), Şərurda 18 mm (aylıq normanın 75%-i), Culfada 15 mm (aylıq normanın 44%-i), Sədərəkdə 13 mm, Şahdağda 7 mm, Qax, Zaqatala, Şəki, Balakən, Gədəbəy, Oğuz, Naftalan, Ağdam, Qəbələ, Göygöl, Tərtər, Mingəçevir, Yevlax, Beyləqan, Biləsuvar, Astarada 5 mm-dək olub, səhər saatlarında Bakıda və Abşeron yarımadasında yağış yağması müşahidə olunub.
Cənub-qərb küləyi arabir Kəlvəzdə 21 m/s, Şahdağda 20 m/s, Astarada 18 m/s, Lerikdə 17 m/s, Bakıda və Abşeron yarımadasında isə arabir 16 m/s-dək güclənib.
Havanın temperaturu aprelin 12-də Bakıda iqlim normasından 6,7 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17-24, Naxçıvanda 17-22, dağlıq rayonlarda 17-24, aran rayonlarında 23-27 dərəcə isti olub.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti aprelin 14-ü səhərədək davam edəcək, 15-16-da havanın mülayim, əksər rayonlarda isə əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin aprelin 16-da gündüz bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı ehtimalı var.
www.102info.az