Azərbaycana qaçaqmalçılıq yolu ilə qızıl keçirən Türkiyə vətəndaşına hökm oxundu

Cəmiyyət


Gəncə Ağır Cinayətlər Məhkəməsində Azərbaycana qaçaqmalçılıq yolu ilə xüsusilə külli miqdarda qızıl-zinət əşyaları gətirməkdə təqsirləndirilən Türkiyə vətəndaşı Aktas İsmayılın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, Türkiyə vətəndaşı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, yük maşını idarə edən Aktas İsmayıl külli miqdarda qızıl-zinət əşyalarını Azərbaycanın sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirib.

Belə ki, o, həmin qızıl-zinət əşyalarını 2021-ci il oktyabrın 24-də saat 7 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirib. Həmin gün “Qırmızı körpü” gömrük postunda keçirilmiş gömrük yoxlaması nəticəsində qeyd olunan ümumilikdə xüsusilə külli miqdarda 16113,73 qram müxtəlif əyarlı qızıl-zinət əşyaları nəqliyyat vasitəsindən aşkar edilərək götürülüb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir