Masallıda Rusiya vətəndaşı qəzaya düşüb.
APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə gecə saatlarında Ələt-Astara magistralının 131-ci kilometrliyində qeydə alınıb.
Dağıstanlı, 1990-cı il təvəllüdlü Maqomedsadiq Xasmamodoviç Ahayev idarə etdiyi “TIR” markalı yük avtomobili ilə hərəkətdə olan “KamAZ” markalı yük avtomobili ilə toqquşub.
Nəticədə “TIR” 200 metrə qədər sürüşüb və hər iki yük maşını yol kənarına düşüb.
“TIR”ın sürücüsü sıxılmış vəziyyətdə maşında qalıb.
Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Qüvvələri cəlb olunublar.
Görülən tədbirlərdən sonra sürücü maşından çıxarılıb, aidiyyəti üzrə təhvil verilib.
Yaralı dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ona ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.









www.102info.az