Qəbələdə ötən günün ikinci yarısından başlayan külək sonradan güclənib. Nəticədə şəhər məktəblərindən birinin dam örtüyünün bir hissəsini uçurub.
Bu barədə Bizim.media-ya rayon təhsil sektorundan məlumat verilib.
Bildirilir ki, şiddətli külək nəticəsində Qəbələ şəhər Pərviz Osmanov adına 2 nömrəli tam orta məktəbin dam örtüyünə ciddi ziyan dəyib. Damın bir hissəsini külək dağıdıb.
Hadisə axşama doğru olduğundan xəsarət alan olmayıb.
www.102info.az