Boşanmaq istədiyi üçün arvadını qəddarcasına öldürüb – TƏFƏRRÜAT

Cəmiyyət


Aprelin 13-də saat 12:40 radələrində Binəqədi rayonu Rəsulzadə qəsəbəsində gözəllik salonunda baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1986-cı il təvəllüdlü Aygün Yusifovanı kəsici-deşici alətlə qətlə yetirən həyat yoldaşı 1980-ci il təvəllüdlü İsrafil Yusifov həm də onun xalası oğlu olub.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 azyaşlı övladı olan ailədə bir müddət imiş problemlər yaşanırmış. Ailədaxili münasibətlərin kəskinləşməsi səbəbindən bir neçə gün əvvəl Aygün Yusifova məhkəməyə boşanmaqla bağlı ərizə təqdim edibmiş. Məhkəmə ərizəni qəbul etsə də, iclas hələ keçirilməyibmiş.

Həyat yoldaşının addımından sonra İ.Yusifovun gözəllik salonuna gələrək ondan boşanmaq istəyən arvadını qətlə yetirməsi ehtimal edilir. Hadisədən sonra İ.Yusifov könüllü olaraq polisə təslim olub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir