Xalq artisti Aftandil İsrafilovun vəziyyəti ağır olaraq qalır.
Bu barədə APA-ya sənətçinin qızı Həcər İsrafilova məlumat verib.
Onun sözlərinə görə, qarmon ustasının səhhətində irəliləyiş yoxdur.
“Həm ürəyində, həm ağciyərlərində problem var. Reanimasiyadadır. Vəziyyəti ağırdır”, – sənətçinin qızı əlavə edib.
Xatırladaq ki, Aftandil İsrafilov ötən ilin noyabrında səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilib. Bir müddət sonra evə buraxılıb, müalicəsi evdə davam etdirilib.
O, martın 27-də yenidən xəstəxanaya yerləşdirilib.
www.102info.az