Sabirabadda 26 yaşlı oğlan özünü yandıraraq öldürüb

Cəmiyyət


Sabirabadda 26 yaşlı gənc özünü yandırıb.

APA xəbər verir ki, hadisə Sabirabad rayonunun Axtaçı kəndində baş verib. Kənd sakini, 1997-ci il təvəllüdlü Qurban Rafiq oğlu Məhərrəmli atası ilə mübahisə etdikdən sonra özünü yandırıb.

Ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılan Qurban Məhərrəmli orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az