Şamaxıda şirkətlərin birinə məxsus tikilidən oğurluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 13-nə keçən gecə Şamaxı şəhəri ərazisində yerləşən tikilidən dəmir inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.
Şamaxı rayon Polis Şöbəsi oğurluq əməlində şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar M.İsmayıloğlu və iki qardaşı müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
www.102info.az