Bərdədə 5 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəza baş verib.
“Trend”in yerli bürosunun məlumatına görə, hadisə rayonun Qazıqurdalı kəndi ərazisində qeydə alınıb.
Yüksək sürətlə hərəkətdə olan VAZ-2107 markalı avtomobilin sürücüsü Ərəstun Həsən oğlu Mehdiyev idarəetməni itirərək hərəkətdə olan VAZ-2109 və VAZ-2121 (“Niva”) markalı minik avtomobillərinə, daha sonra isə yol kənarında dayanmış vəziyyətdə olan “Mercedes-Benz Atego” markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində 5 nəfər – 13 yaşlı Həsən Ərəstun oğlu Mehdiyev, 17 yaşlı Fidan Zöhrab qızı Teymurova, 56 yaşlı Elşən Xəlil oğlu Vəliyev, 37 yaşlı Fariz Altay oğlu Qasımov, 43 yaşlı Şamxal Vaqif oğlu Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alan şəxslər təcili tibbi yardım avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
www.102info.az