Kardiologiya İnstitutunda nə baş verir: Direktorun özbaşınalığına göz yumulur? – AÇIQLAMA

Cəmiyyət


Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın son günlərdə bir neçə təcrübəli həkimi işdən azad etdiyinə dair məlumatlar paylaşılır.

Bəzi kütləvi informasiya vasitələrində dərc edilən yazılarda iddia edilir ki, Kardiologiya İnstitutunda özbaşınalıq baş verir. İddialara görə, institutun direktoru Gülnaz Dadaşova işçilərlə çox kobud rəftar edir. Kolleqaları arasında yaşda özündən böyük olan alimlərə, professorlara, mütəxəssislərə hörmət etmir. Direktorun qəbuluna düşmək isə mümkün deyil. 

Həkim Gülnaz Dadaşova, eləcə də Kardiologiya İnstitutu barədə mediada yayılan söz-söhbətə aydınlıq gətirmək üçün sorğu ünvanladıq. 

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, tibb elmləri doktoru Elman Ələkbərov icbari tibbi sığortanın şərtlərini qəbul etməyib və öz ərizəsi ilə işdən çıxmaq qərarını verib:

“Həkimin ərizəsinin dəfələrlə geri qaytarılmasına baxmayaraq, o yenə də özəl klinikaya keçməyə qərar verdi. Abdullayeva Rufanə Rufulla qızı digər tibb müəssisəsinə yüksək vəzifəyə keçdiyi üçün öz ərizəsi ilə işdən ayrılmışdır.

Afaq Qəhrəmanova Kardiologiya İnstitutu ilə yanaşı digər tibb müəssisəsində işlədiyi üçün, iş qrafiki uyğun gəlməyib. Bu səbəbdən də o, bizim müəssisədəki işindən ayrıldı.

Afət Quliyeva yaşı və ailə vəziyyəti ilə əlaqədar olaraq məsafənin uzaqlığını arqument gətirərək yaşadığı ünvana daha yaxın tibb müəssisəndə işləmək üçün öz ərizəsi ilə işdən çıxıb. Adları sadalanan şəxslərin işdən ayrılması isə bu il yox, 2021- 2022-ci illərdə baş verib”.

Məlumatda o da qeyd edilib ki, yayılan məlumatlar həqiqətləri əks etdirmir və qərəzli olaraq böhtan xarakterli yazılıb. Kardiologiya İnstitutu hazırda yüksək səviyyədə vətəndaşlara xidmət göstərir.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir