Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən, təhlükəsizlik kəmərindən istifadə etməyən və yol-hərəkəti qaydalarını müxtəlif üsullarla pozan sürücülər aşkarlanıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, onlarla profilaktik söhbətlər aparılıb və barələrində inzibati tənbeh tədbirləri görülüb.
Konstruksiya dəyişikliyi olunan nəqliyyat vasitələri isə sahiblərinin də iştirakı ilə müvəqqəti duracağa yerləşdirilib.



www.102info.az