Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kolbasa və sosis məhsulları ilə bağlı aşkarlanmış yeni uyğunsuzluqlarla bağlı məlumat yayıb.
Məlumatda bildirilib ki, AQTA tərəfindən “Monitorinq Planı”nın icrası məqsədilə kolbasa və sosis məhsulları üzrə aparılan nəzarət tədbirləri davam etdirilir.
Belə ki, cari dövr ərzində ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən 70-i kolbasa, 39-u sosis olmaqla, ümumilikdə 109 adda məhsuldan nümunə götürülərək müayinə üçün Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.
Monitorinq zamanı sınaq nəticələrinə əsasən, 11 istehsalçıya məxsus 21 məhsulda (13-ü kolbasa, 8-i sosis) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan beş məhsulda (dördü kolbasa, biri sosis) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 16-da isə (doqquzu kolbasa, yeddisi sosis) etiket məlumatları ilə bağlıdır.
Bəzi məhsulların laboratoriya sınaqları aparılmaqla yanaşı, bu sahədə monitorinqlər davam etdirilməkdədir.
AQTA bildirir ki, nəzarət tədbirləri zamanı həmçinin, “halal” adı ilə satışa çıxarılan kolbasa və sosis məhsullarının analizi nəticəsində həmin məhsulların tərkibində donuz əti aşkarlanmayıb.
Agentlik tərəfindən məhsullarının təhlükəsizlik göstəriciləri ilə bağlı uyğunsuzluq aşkarlanan altı istehsalçı müəssisədə qanunvericiliyə uyğun yoxlamalar həyata keçirilib. Yoxlama nəticəsində uyğunsuzluq aşkar edilmiş məhsulların dövriyyədən çıxarılması və satış şəbəkələrindən geri çağırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, bir müəssisənin (“Sevilən Ad” MMC) istehsal fəaliyyəti dayandırılıb, dörd məhsulun istehsalı qadağan edilib, sözügedən müəssisələrin vəzifəli şəxsləri barəsində inzibati məsuliyyət tədbirləri görülüb. AQTA tərəfindən digər müəssisələrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada yoxlamalar davam etdirilir. Nəzarət tədbirləri çərçivəsində sınaq nəticələri uyğun olan məhsullarla bağlı geniş məlumat veriləcək.
AQTA istehlakçılara bir daha müraciət edir ki, satış şəbəkələrində təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan kolbasa-sosis məhsulu partiyalarını istehlak etməsinlər və bazarlarda aşkarlandığı halda dərhal Agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat versinlər.
Məlumat üçün bildiririk ki, sınaq nəticələri cədvəldə qeyd edilən məhsul partiyalarına şamil edilir.
Sınaq nəticələrində uyğunsuzluq aşkarlanan kolbasa-sosis məhsulu partiyaları və istehsalçıları ilə bağlı məlumatla aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Monitorinq zamanı yeni uyğunsuzluqlar aşkarlanmış kolbasa və sosis məhsullarına dair məlumat |
|||||
№ |
Məhsulun istehsalçısı |
Məhsulun |
Məhsulun növü |
İstehsal tarixi |
Aşkarlanan uyğunsuzluq |
1 |
“Sevilən Ad” MMC |
“Dilim-Dilim” |
Bişmiş “Doktorskaya” kolbasası |
23.02.2023 |
Təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanıb |
2 |
“Dilim-Dilim” |
Bişmiş “Lyubitelskaya” kolbasası |
23.02.2023 |
Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb |
|
3 |
“Əsl Dad” |
Bişmiş hisə verilmiş kolbasa |
20.02.2023 |
Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb |
|
4 |
“Əsl Dad” |
Hisə verilmiş sosis |
27.02.2023 |
Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb |
|
5 |
“Mir 2016” MMC |
“Köhnə Dad” |
Bişmiş “Doktorskaya” kolbasası |
19.01.2022 |
Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb |
6 |
“Hakan Foods” MMC |
“Yeni Dad” |
“Qız qalası” sosisi |
20.02.2023 |
Üzərində mal əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb |
7 |
“Kral” |
Bişmiş “Xlebnaya” halal kolbasası |
10.03.2023 |
Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb |
|
8 |
Fiziki şəxs |
“Dadlıca” |
Bişmiş “Lyubitelskaya” kolbasası |
12.02.2023 |
Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb |
9 |
Fiziki şəxs |
“Best Beef” |
Bişmiş hisə verilmiş “Servalat” kolbasası |
21.02.2023 |
Üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si aşkarlanıb |
10 |
Əla növ “Ocaq” sosisi |
09.02.2023 |
Üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si aşkarlanıb |
||
11 |
“Al-Sana” MMC |
“Al Sana Payım” |
“Keşlə” sosisi |
01.03.2023 |
Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb |
12 |
İlya Kudelin Vasilyeviç |
“İli” |
sosis |
10.02.2023 |
Üzərində donuz və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb |
www.102info.az