Qəbələdə çoxtonnajlı benzindaşıyan avtomobil körpüdən aşıb.
APA xəbər verir ki, hadisə nəticəsində Naxçıvan Muxtar Respublikası Şahbuz rayon sakini, 1960-cı il təvəllüdlü sürücü hadisə yerində dünyasını dəyişib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin şimal-qərb regional idarəsinin nümayəndəsi və polis əməkdaşları hadisə yerindədirlər. Hadisəyə sürücünün qəfil ürəktutmasından dünyasını dəyişməsinin səbəb olduğu ehtimal edilir. Qəza zamanı iki sərnişin avtomobilinə də ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.





www.102info.az