Bakıda minik avtomobili motosikletə çırpılıb, xəsarət alan var – FOTO

Cəmiyyət


Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, “Nissan” markalı maşının sürücüsü sükana nəzarəti itirərək dairədə hərəkətdə olan motosikletə çırpılıb. Toqquşma zamanı motosikletin sürücüsü ağır bədən xəsarətləri alıb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər. Qəza zamanı xəsarət alan motosikletçi təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir