Naxçıvanda tələbəni avtomobil vurub

Cəmiyyət


Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin “Mikrorayon” adlanan ərazisində qeydə alınıb.

Belə ki, yolu keçən 2004-cü il təvəllüdlü, Ordubad rayon Gənzə kənd sakini, Naxçıvan Universitetinin tələbəsi Həsənova Hökümə Şəhrud qızını avtomobil vurub. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən zərərçəkənin vəziyyəti sabitdir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir