Nazir: “Ali təhsil sistemi ilə bağlı bir neçə prioritetimiz var”

Cəmiyyət


“Son illər təhsildə keyfiyyət mədəniyyətinə keçid əsas hədəflərdən biridir. Ali təhsil sistemi ilə bağlı bir neçə prioritetimiz var. Universitetlərin reytinq siyahılarında irəliləməsi əsas hədəflərdəndir”.

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Keyfiyyət Təminatı Agentliklərinin fəaliyyətlərinin Avropa Ali Təhsil məkanında Keyfiyyət üzrə Standart və Təlimatlara” həsr olunan kollegial məşvərət iclasında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, reytinq önəmli olsa da, heç də həmişə əsas olmur:

“Başa düşməliyik ki, reytinqlərin formalaşması bir neçə məqamdan asılıdır. Əlimizdə olan statistikaya baxanda 2026-cı ilə qədər bu yolu getmək çağırışlı görünür. Bu da öz növbəsində ali təhsil müəssisələrində proses dəyişikliklərinə gətirib çıxarmalıdır.

Ali təhsilin daha əlçatan olması məhz keyfiyyət göstəricilərinə uyğun olaraq yeni maliyyələşmə mexanizminə əsaslanır. Ali təhsil islahatları istiqamətində gedəcəyimiz yolda universitetlərə muxtariyyət verilməsi artacaq”.

E.Əmrullayev əlavə edib ki, həm Azərbaycanda, həm də Avropada keyfiyyət təminatı sahəsində fərqli yanaşmalar var:

“Eyni olmasa da, uyğunlaşdırılmış model tətbiqi ölkəmizdə də həyata keçiriləcək”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir