Şəki Rayon Mərkəzi Xəstəxanasının Aşağı Küngüt kənd həkim məntəqəsinin müdiri Hazər Babayev vəfat edib.
Bu barədə Şəki Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.
Bildirilib ki, onun ölümünə səbəb kəskin ürək çatışmazlığı olub.
Qeyd edək ki, Hazər Mövlüd oğlu Babayev 1953-cü il də Şəki şəhər Oraban kəndində anadan olub. 1972-1978-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1979-cu ildən Şəki Rayon Mərkəzi Xəstəxanasının Taxılçılıq sovxozunda həkim-terapevt kimi fəaliyyətə başlayıb. 1987-ci ildən Aşağı Küngüt kənd həkim məntəqəsinin müdiri vəzifəsinə təyin olunub.

www.102info.az