Ötən gecə Bakıda 7 sürücü saxlanılıb – FOTO

Cəmiyyət


Ötən gün paytaxtın Nəsimi rayonu “Memar Əcəmi” metro stansiyasının yaxınlığında avtomobillərə konstruksiya dəyişikliyi edən 7 sürücü saxlanılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən sözügedən yeddi sürücü barəsində tədbirlər görülüb:

“Belə ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.2.2-ci maddəsi ilə barələrində protokol tərtib edilən zaman məlum olub ki, yeddi sürücüdən dördünün sürücülük hüququ olmayıb. Bu cür sürücülərə qarşı xüsusilə qeyd edilən ərazilərdə reydlər davam etdirilir.

Saxlanılan VAZ-2107 markalı 10-BN-899 dövlət qeydiyyat nömrəli, VAZ-2107 markalı 60-BT-095 dövlət qeydiyyat nömrəli, VAZ-2107 markalı 90-BG-736 dövlət qeydiyyat nömrəli, VAZ-2107 markalı 99-MU-608 dövlət qeydiyyat nömrəli, “Tofaş” markalı 21-BX-051 dövlət qeydiyyat nömrəli, eləcə də “Toyota Prius” markalı 90-UO-519 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitələrinin sürücüləri barədə protokollar tərtib edilib və onlara bu cür davranışlara yol verməmələri barədə məlumat verilib”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir