Ötən gecə Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsinin TƏFƏRRÜATI – VİDEO

Cəmiyyət


“Ötən gün Bakı-Quba yolunun 25-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı ölüm halı qeydə alınmayıb”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, nəqliyyat vasitəsinin aşması səbəbindən qəza baş verib:

“Əraziyə DYP əməkdaşları cəlb olunublar. Belə ki, “Mitsubishi” markalı 90-RL-652 dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü Sumqayıt şəhər sakini H.Eşqin idarəetməni itirərək avtomobili aşırıb. Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb”.

Könül Cəfərli

www.102info.az

Spread the love