Bakı şəhərində keçiriləcək Azərbaycan Qran-prisi ilə əlaqədar olaraq 20 müntəzəm marşrut xəttinin hərəkət sxemində aşağıda göstərilən qaydada dəyişikliklər ediləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Məlumatda deyilir:
“Dəyişikliyə əsasən:
1, 2, 4, 10, 46, M3 və H1 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq D.Əliyeva küç., K.Səfərəliyeva küç., Nizami küç., Neftçilər pr. – Y.Səfərov küç. ilə təşkil ediləcək;
10 nömrəli marşrut üzrə avtobuslar alternativ olaraq A.Şaiq küç. – Ş.Bədəlbəyli küç. – D.Əliyeva küç., K.Səfərəliyeva küç., Nizami küç., Neftçilər pr. – Y.Səfərov küç. ilə təşkil ediləcək;
5 nömrəli marşrut üzrə avtobusların başlanğıc dayanacaq məntəqəsi Süleyman Rəhimov küçəsində olmaqla təşkil ediləcək;
88 nömrəli marşrut üzrə avtobusların başlanğıc dayanacaq məntəqəsi Puşkin küç. (“28 May” metro stansiyası) olmaqla hərəkəti D.Əliyeva küç. – R.Behbudov küç. ilə təşkil ediləcək;
6, 18, 31, 37 və 77 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi B.Sərdarov küç. olmaqla Ş.Şamil küç., Lermantov küç., B.Sərdarov küç. ilə təşkil ediləcək;
53, 125 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi M.Useynov küçəsində (Bakı funikulyoru) olmaqla təşkil ediləcək;
61 nömrəli marşrut avtobuslarının hərəkəti S.Vurğun küç. – Ş.Bədəlbəyli küç. – R.Behbudov küç. ilə təşkil ediləcək;
65 nömrəli marşrut üzrə avtobusların hərəkəti M.Muxtarov küç. – Ə.Cavad küç. – Azərbaycan pr. ilə təşkil ediləcək;
205 nömrəli marşrut avtobuslarının hərəkəti Lökbatan NMM – Bakı Dairəvi Avtomobil yolu – M.Müşfiq küç., daha sonra öz xətti ilə hərəkətini davam etdirəcək.
E1 nömrəli marşrutun hərəkəti Bakı Dairəvi Avtomobil yolu, M.Müşfiq küç., A.Şaiq küç. – Ş.Bədəlbəyli küç. – D.Əliyeva küç., K.Səfərəliyeva küç., Neftçilər pr. ilə təşkil ediləcək.
Qeyd edək ki, 6 nömrəli marşrut 2 istiqamət üzrə fəaliyyət göstərəcək. 1-ci istiqamət “Azadlıq prospekti” metro stansiyası – Axundov bağı; 2-ci istiqamət isə Funikulyor – Ö.F.Nemanzadə küç. ilə təşkil olunacaq.
www.102info.az