FHN: Ötən sutka 33 yanğına çıxış olub, dörd nəfər xilas edilib

Cəmiyyət


Ötən sutka ərzində 33 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla 4 nəfər xilas edilib, həmçinin nazirliyin dalğıc-axtarış qrupu tərəfindən Baş Mil-Muğan kollektorunda batması ehtimal edilən Sahil Təbriz oğlu Ağayevin axtarışları davam etdirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir