2020-ci il təvəllüdlü Mürşüd Rasim oğlu Bahadurlu ağır yanıq xəsarətləri alıb.
Bu barədə Oxu.Az-a onun anası Əfsanə Bahadurova məlumat verib.
O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib.
Belə ki, 3 yaşlı övladı oyun oynayarkən hadisə baş verib:
“Mürşüd həyətdə gizlənpaç oynayırdı. Bu zaman mən də paltar yumaq üçün vedrədə su qızdırırdım. Mürşüd vedrəni görmədi və ona çırpıldı. Su boynundan aşağı töküldü. Ən çox da kürək hissəsi yanıb. Biz Saatlıda yaşayırıq. Təcili tibbi yardım maşını ilə Bakıya gəldik. Hazırda xəstəxanalardan birində müalicə alırıq. Mürşüd ağrıdan elə qışqırır ki, ətrafdakı xəstələr yata bilmirlər. Həyat yoldaşım ətrafda yaşayanların qapısındakı zibilləri ataraq, peyin təmizləyərək çörəkpulu qazanır. Bizim Mürşüdün müalicəsi üçün imkanımız yoxdur. İmkanlı şəxslərdən bizə yardım göstərmələrini xahiş edirəm. Bizə bu müalicəni apara bilmək üçün 1800 manat pul lazımdır”.
Əlaqə nömrəsi: +994 50 732 38 80




www.102info.az