Bakıda yaşayış binasında çat yaranıb? – FOTO

Cəmiyyət


Paytaxtın Nizami rayonu ərazisində, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında yerləşən yaşayış binasının fasadına ziyan dəyib.

Oxu.Az xəbər verir ki, bununla bağlı sakinlər tərəfindən sosial şəbəkələrdə paylaşım edilib. 

Bildirilib ki, “Orbita” MTK-ya məxsus binanın fasadına ziyan dəyib və usta tərəfindən problem yaranan hissədə suvama işi aparılıb.  

Sakinlər problemin daha böyük olduğunu, bəzi hissələrdə hətta çat yarandığını qeyd ediblər.  Onlar binanın yenidən yoxlanması üçün çağırış ediblər.

Aysel Aslan

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir