Sumqayıtda yolu keçmək istəyən 3 nəfəri avtomobil vurub.
“Report”un məlumatına görə, hadisə şəhərin Məhəmməd Əsədov küçəsində qeydə alınıb.
Biri kişi, ikisi qadın olmaqla 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Kişinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az