Birləşmiş Krallıq Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ötən həftə Azərbaycana səfəri zamanı Ağdamda minatəmizləmə prosesini izləyib.
Bu barədə siyasətçi özünün “Twitter” hesabında məlumat verib.
“Ağdamda minalardan təmizləmə sahəsində nəzarətli partlayış baş verib. Erməni qüvvələri tərəfindən Azərbaycan ərazisinə bir milyondan çox mina qoyulub. İndi cəsur insanlar onları təmizləyirlər ki, azad edilmiş ərazilər yaşayış binaları və kənd təsərrüfatı üçün istifadə olunsun”, – deyə Bləkmən bildirib.
Here carrying out controlled explosion at land mine clearance site in #Aghdam #Azerbaijan. More than 1 million land mines were laid by #Armenian forces, now brave people are removing them so liberated territories can be used for residential buildings & agriculture. @david_duguid pic.twitter.com/60vB7RcGKn
— Bob Blackman (@BobBlackman) April 18, 2023
www.102info.az