Qubadlı rayonunun Yusifbəyli kəndi Həkəri çayının sahilində, İncə düzündə yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Erməni vandalları işğal dövründə bu kəndi də yerlə bir edərək xarabalığa çeviriblər. Kənddə XVIII əsrdə inşa olunmuş məscid də erməni vandalizminə məruz qalıb. İşğal dövründə yarıuçurulmuş vəziyyətdə olan məsciddə heyvan saxlanılıb.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Yusifbəyli kəndinin görüntülərini təqdim edir.












www.102info.az