Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqların birində naməlum şəxslər tərəfindən bir neçə qəbir daşının dağıdılması ilə bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə (qəbir üzərində təhqiredici hərəkət) cinayət işi açılıb. Əməli törədən şəxsin, yaxud şəxslərin müəyyən edilib istintaqa cəlb edilməsi istiqamətində tədbirlər görülür.
Tədbirlərin nəticəsi ilə bağlı məlumat veriləcək.
www.102info.az