Azərbaycan Baş Prokurorluğunun vəsatəti əsasında Moldovanın Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Babək Sultanovun ölkəmizə ekstradisiyası haqqında qərar qəbul edilib.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Belə ki, Babək Sultanovun adı Qazax Rayon Polis Şöbəsində istintaq olunan cinayət işində keçir. Onun qabaqcadan əlbir olduğu bir qrup şəxslə qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlaması və daşımasına əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində beynəlxalq axtarış elan edilib.
Babək Sultanov Moldovada saxlanılaraq aprelin 19-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
www.102info.az