KOBİA Naxçıvanda ofis açıb

Cəmiyyət


Naxçıvanda İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ofisi yaradılıb.

Bu barədə Naxçıvan Biznes Mərkəzində KOBİA və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə sahibkarlarla keçirilən görüşdə qeyd olunub.

Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, NMR-in iqtisadiyyat naziri Tapdıq Əliyev, agentlik, nazirlik əməkdaşları, sahibkarlar iştirak ediblər.

Tədbir çərçivəsində KOBİA-nın Naxçıvanda ofisinin yaradılması ilə bağlı müzakirələr aparılıb, sahibkarların təklifləri dinlənilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir