Binəqədi rayonunda 8 yaşlı uşağı avtomobil vurub

Cəmiyyət


Bakının Binəqədi rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 2015-ci il təvəllüdlü Sinan İlham oğlu Əliyevi vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol incik sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

www.102info.az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir