Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var

Cəmiyyət


Salyanda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlar var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Elçin İmanov küçəsində qeydə alınıb.

Belə ki, “Toyota Prado” markalı avtomobillə VAZ-2107 markalı avtomobil toqquşub.

Hadisə zamanı Bakı şəhər sakinləri 1952-ci il təvəllüdlü Sarə Mirtalib qızı Abbasova və 1975-ci il təvəllüdlü İlham Ağamirzə oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir