Bir yaşlı daun sindromlu, ürək xəstəsi Rüxsarə Abasovanın sizin yardımınıza ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Kəsirə Şirəliyeva məlumat verib.
O bildirib ki, qızı Rüxsarə martın 6-da isti su qazanını üstünə aşıraraq yanıb.
“Biz Masallıda yaşayırıq. Kəsdiyimiz toyuğu təmizləmək üçün su qaynadıb yerə qoymuşdum. Rüxsarə də iməkləyərək suyu üzərinə çəkib. Həmin gün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına getsək də, Rüxsarənin vəziyyətinin ağır olduğunu bildirib bizi Bakıya yönləndirdilər”.
Kəsirə Şirəliyeva bildirib ki, Rüxsarə həm də daun sindromludur:
“Rüxsarə daun sindromlu uşaqdır, ürəyində də problem var. Onun sinəsi və qolları yanıb. Bakıda həkimlərin apardığı müalicələr nəticəsində övladımın vəziyyətində xeyli irəliləyiş var. Həkimlər Rüxsarənin təcili ürəyini müalicəyə başlamalı olduğumuzu deyiblər. Artıq boğulmaları, göyərmələri də başlayıb. Ürək müalicəsi və bədənindəki yanıqların bərpası üçün hazırda 1 200 manata ehtiyacımız var. Rüxsarə mənim tək övladımdır, yardımsevər şəxslərdən mənim övladıma dəstək olmalarını xahiş edirəm”
Ailə ilə əlaqə: 050 976 70 39
www.102info.az