Bakıda 39 yaşlı piyadanı avtomobil vurub

Cəmiyyət


Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 1984-cü il təvəllüdlü Billurə Şahin qızı Baykalı vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

www.102info.az