4 saylı Təcili Tibbi Yardım Stansiyasında işçi ilə baş həkim arasında insident baş verib. Təcili Tibbi Yardım Stansiyasının əməkdaşı qolunu doğrayaraq intihara cəhd edib.
Bizim.media xəbər verir ki, Təcili Yardım Stansiyanın əməkdaşı Mirəziz Əzizov tibb müəssisəsində kifayət qədər nöqsanların və qanunsuzluqların baş alıb getdiyi barədə baş həkim Yusif Musayevə məlumat verib.
Stansiya rəhbəri isə neqativləri açıqladığı üçün tibb işçisini işdən çıxarmaqla hədələyib. Üstəlik kollektivi ona qarşı yönəldib. Haqsız yerə işdən çıxarılmasına etiraz edən Mirəziz Əzizov isə damarlarını doğrayaraq həyatına son qoymağa çalışıb.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, ictimaiyyətə rəsmi məlumat veriləcək.
Bundan əlavə, intihara cəhd edən Mirəziz Əzizovun Yasamal Rayon Prokurorluğuna çağırıldığı bildirilir.
www.102info.az