Aprelin 18-də Kürdəmir rayonu Çöl-Qubalı kənd sakini 1988-ci il təvəllüdlü Sahil Həsənovun xəsarətlə xəstəxanaya daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən xəbər verilib.
İlkin araşdırma zamanı 1990-cı il təvəllüdlü Ramiz Hüseynovun şəxsi münasibətlər zəminində həmkəndlisi Sahil Həsənova kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.
Fakta görə Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Ramiz Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
www.102info.az